!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi əməliyyatların DAVAMLILIĞI: "Qazaxın 7 kəndi və anklav olan Kərki kəndi də işğaldan azad edilməlidir"

!Reklam – Yazi

“Bu əməliyyat həm də Rusiyaya xəbərdarlıq oldu”.

Bu sözləri Azərbaycan ordusunun keçirdiyi xüsusi əməliyyat barədə danışan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Azərbaycan ermənilərin başa düşdüyü dildə danışıb:

“Dəfələrlə problemin həlli yolunun antiterror əməliyyatının keçirilməsində görmüşük və demişik ki, ermənilər bizə başqa yol qoymayıb. Sözün düzünü deyirdik, heç kimi aldatmırdıq.

Ermənilər köhnə şakərliklərindən əl çəkməyiblər. Yenə də söz oynatmaqla məşğuldurlar. Azərbaycan tərəfi Laçın dəhlizinə alternativ yolu çəkib, bitmək üzrədir, onlar deyirdi ki, biz hələ başlamamışıq. Əməliyyat keçiriləndən sonra yol çəkmək üçün texnika töküblər. Onlarla ancaq bu dildə danışmaq lazımdır. Çünki onlar başqa dildə başa düşmürlər. Bu əməliyyat həm də Rusiyaya xəbərdarlıq oldu ki, Azərbaycan ordusu yeri gələndə öz işini görəcək.

Düşünürəm ki, bu istiqamətdə fəaliyyətmizi davam etdirməliyik. Çünki indiki halda gördük ki, dünya buna sərt reaksiya verə bilmədi. Əməliyyatlara davam etmək lazımdır. Çünki görüləcək çox işlərmiz var. Qazaxın 7 kəndi və anklav olan Kərki kəndi də işğaldan azad edilməlidir.

Addım-addım getməyə məcburuq. Çünki dünyanın təzyiqi var. Bu gün Putinlə Ərdoğan arasında görüş olacaq. Hesab edirəm ki, Ərdoğan bu yöndə Putinlə danışacaq. Hesab edirəm ki, Türkiyə ilə birgə hərəkət etməliyik. Strateji xəttimizdən bir addım da olsun sapmamalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

441
Ads
www.veteninfo.com
!Reklam – Arxiv