Hərbi hissə və birləşmələrdə xüsusi rejimə keçilib

media-hightechnic-468x90

dd05677d72d3c96b83ce556dd5072041Şəxsi heyəti istidən və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri müəyyən olunmuş saatlarda keçirilir

Ölkədə havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyəti istidən və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri müəyyən olunmuş saatlarda keçirilir.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmur.

Eyni zamanda hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600