İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 6 nəqliyyat vasitəsi özəlləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Hərraca çıxarılan avtomobillərə edilən təkliflər start qiymətindən çox olub. Belə ki, “Volkswagen Passat” markalı avtomobilin ilkin qiyməti 9 200 manat olsa da, ən son təklif 12 600 manata yüksəlib. 5 500 manat start qiyməti ilə hərraca çıxarılan “Nissan Sunny” markalı avtomobil isə 9 055 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35gpet linki vasitəsilə tanış olmaq mümkündür.
Cari ay üzrə növbəti hərraclar 14, 19 və 26 sentyabr tarixlərində keçiriləcək.
www.yenicag.az