!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hesablama Palatası ötən il doqquz nəzarət tədbiri üzrə Baş Prokurorluğa və DTX-yə müraciət edib

!Reklam – Yazi

2023-cü ildə Hesablama Palatası səkkiz nəzarət tədbiri üzrə Baş Prokurorluğa, bir nəzarət tədbiri üzrə isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib.

Yenicag.az xəbər verir ki, bu barədə palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) Sumqayıt Tibb Mərkəzinin, Təhsil Nazirliyinin tabeliyindəki Naxçıvan Dövlət Universitetinin, Gənclər və İdman Nazirliyinin, ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinin, TƏBİB-in Gəncə Şəhər Birləşmiş Xəstəxanasının, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı Baş Prokurorluğa, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı isə DTX-yə müraciət olunub.

COP29

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv