Həyat yoldaşını çemodanla apardı

media-hightechnic-468x90

79940Polşada sərhədçilər qəribə hadisə ilə üzləşiblər.

Fransa vətəndaşı rus arvadını çemodanla öz ölkəsinə keçirmək istəyib.
Məlumata görə, qadının sənədlərində problem olub. Bunun üçün də qanuni yollarla ölkəni tərk edə bilməyib.

Qəribə baqaj Terespolda gömrükçülərin diqqətini cəlb edib. “Moskva-Nitsa reysində sərhəd buraxlış məntəqəsinin əməkdaşlarının diqqətini iri çemodan çəkib. Baqaja yoxlama keçirən polislər gözlərinə inanmayıblar. Belə ki, çemodanın işərisində insa- qadın olub”.

Çemodandan çıxarılan qadın səhhətinin normal olduğunu deyərək həkim müayinəsindən imtina edib.

İndi rusiyalı qadın fransız əri ilə birlikdə qanunsuz əməllərinə görə məhkəmədə cavab verməli olacaqlar. Polşa qanunlarına görə, onlar 3 il azadlıqdan məhrum ola bilərlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600