Həyat yoldaşını diri-diri yandırdı-Video

media-hightechnic-468x90

86869Rusiyanın Tambov vilayətində keçmiş həyat yoldaşını diri-diri yandıran kişinin məhkəməsi keçirilib.

Məhkəmənin qərarı ilə 33 yaşlı cinayətkar 18 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. O cəzasını xüsusi ağır rejimli kaloniyada keçirib.

Qeyd edək ki, kişi keçmiş həyat yoldaşını ona xəyanət etdiyinə görə cəzalandırmaq istəyib. Bu səbəbdən o, qadının işlədiyi supermarketə gəlib.

Supermarketdə kassir işləyən arvadının yanına gələn kişi əlindəki butulkanın içindəki benzini onun üzünə və başına töküb. Daha sonra qadına od vurub.

Hadisə nəticəsində qadın insanların gözü qarşısında yanıb. Onu ağır vəziyyətdə xəstəxanaya aparıblar. Lakin həkimlər qadının həyatını xilas edə bilməyiblər.

Keçmiş arvadını yandıran kişi hadisə yerindən qaçaraq gizlənib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu yaxalayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600