Həyat yoldaşını və körpəsini öldürən şəxsin məhkəməsi başlayır

media-hightechnic-468x90

Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Ayla Hüseyinlini qətlə yetirməkdə təqsirləndirilən Fərid Hüseynlinin məhkəməsi başlayır.

Yenicag.az xəbər verir ki, cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseyinlinin sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il iyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. F.Hüseyinliyə qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələri ilə ititham irəli sürülüb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa