!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Əliyev Fondunun Ağdama göndərdiyi yardımları yerli məmurlar necə talayırlar? – FOTOLAR

!Reklam – Yazi

Ağdam rayonunun Alıbəyli-2 qəsəbəsində göndərilən yardımların ədalətsiz bölgüsü və “zibillik” problemi sakinləri ayağa qaldırıb.

Yenicag.az-a Ağdam rayonu Alıbəyli-2 qəsəbə sakinlərindən daxil olan məlumata görə, Heydər Əliyev Fondu tərəfindən göndərilən yardım evsiz və aztəminatlı ailəyə deyil, ehtiyacı olmayanlara paylanılıb.

Qeyd olunur ki, Fonddan göndərilən yardımlardan qəsəbədə imkansızlıq üzündən fanera və plastik materialdan düzəltdiyi daxmada yaşayan Səhliyalı adlı aztəminatlı vətəndaşa heç bir pay düşməyib.

Bu ədalətsizliyə etiraz edən sakinlər qəsəbənin icra nümayəndəliyinin önünə toplaşaraq, öz narazılıqlarını bildiriblər. Qəsəbənin icra nümayəndəsi Mahir Əliyev isə məsələyə aydınlıq gətirilməsini tələb edən qəsəbə sakinlərinə həqarətlə yanaşaraq, “qoz paylayıram, niyə bura yığışırsınız”, – deyə təpki göstərib.

Ancaq qəsəbə sakinlərinin etirazı tək bu məsələ ilə məhdudlaşmayıb. Bildirilir ki, qonşu Alıbəyli kəndinin zibilliyi yerli bələdiyyə tərəfindən ləğv edilərək, yerində bağ salınıb.

Həmin bağ isə bələdiyyə sədrinin oğlunun adına keçirilib. Bundan sonra Alıbəyli kəndinin camaatı üçün Albəyli-2 qəsəbəsinin girişində zibilliyə yer seçilib. Bu isə qəsəbə sakinlərini hiddətləndirib.

Maraqlıdır ki, qonşu kənd zibilliyinin Alıbəyli-2 qəsəbəsinin girişinə “köçürülməsinə” sakinlər etiraz etsələr də, bu vəziyyət qəsəbə icra nümayəndəsinin tükünü də tərpətməyib. Sakinlərin sözlərinə görə, qəsəbənin icra nümayəndəsi, bələdiyyə sədri və sahə müvəkkili məhz Alıbəyli kəndindən olduqları üçün bu vəziyyətə göz yumurlar.

Yaranmış vəziyyət bu fotolarda öz əksini tapıb:

Səxavət Məmməd

www.yenicag.az

1248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv