Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Heydər Əliyev və Azərbaycan Mətbuatı: Milli Qurtuluşdan böyük inkişafa

Bu gün Beynalxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: sözün qurtuluşundan meda azadlığına doğru” adlı mətbuat konfransı keçirilib.

Tədbiri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açıb.

Yenicag.az xəbər verir ki, Əflatun Amaşov 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə bağlı tədbir iştirakçılarını təbrik edib.

O bildirib ki, 15 iyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb:

“Əgər xalqımızın təkidi ilə Heydər Əliyev Bakıya gəlməsə idi, bu tədbiri burada keçirə bilməzdik. Bəlkə də Azərbaycan da olmazdı. Bugünkü tarixi naliyyətlərimizin başlanğıcını, əsasını Heydər Əliyev qoyub. O, xalqı öz ətrafında birləşdirərək, müasir Azərbaycanın əsasını qoydu. Onun siyasəti nəticəsində nəhəng neft-qaz layihələri həyata keçirildi. “Əsrin müqaviləsi” bağlandıqdan sonra isə Azərbaycan böyük nailiyyətlər əldə etməyə başladı. Heydər Əliyev mətbuata kifayət qədər açıq dövlət başçısı idi. O, jurnalistikanın gücünə bələd idi və buna görə də Azərbaycan KİV-lərinin dövlətçilik yolunda fəaliyyət göstərməsini təşkil etdi. Heydər Əliyev jurnalistlərə çox önəm verirdi. İyun hadisələri zamanı, dövlət çevrilişinə cəhd zamanı, Heydər Əliyev məhz medianın gücündən istifadə etdi.

O böyük insan, mətbuatın gücünü bilirdi və ona görə də, xalqa KİV-lər vasitəsi ilə müraciət edirdi. OHeydər Əliyev jurnalistlərlə tez-tez görüşərdi, onların suallarından heç zaman çəkinməzdi. Qəzetlərin nəşriyyatlara borcu olan vaxtlar, bir çox mətbu orqanın bağlanmaq təhlükəsi ilə üz-üzə qaldığı zamanlar o, jurnalistlərlə görüşlər keçirdi və qəzetlərin yığılıb qalmış çap borclarını dondurdu və dövlət hesabına bu borcları bağladı. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan mediası üzərindəki senzura aradan qaldırıldı. Bu günün əsas qəhrəmanı Heydər Əliyevdir. Bu günü bizə o bəxş edib”.

Daha sonra çıxış edən filologiya elmləri doktoru, professor Cahangir Məmmədli bildirdi ki, Heydər Əliyev Bakıya gəlməsə, hazırda Azərbaycan olmayacaqdı:

“Arif Rəhimazadə elə o günlərdə Milli Məclisdən bildirdi ki, əgər Heydər Əliyev Bakıya gəlməsə, Azərbaycan dövləti olmayacaq. Heydər Əliyev sovet dövründə Azərbaycan xalqını düşünən, millətçi şəxsləri daim repressiyalardan qoruyub. Bizim bu gün nəyimiz varsa, Heydər Əliyevin adı ilə bağlıdır”.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə qeyd edib ki, 90-cı illərin əvvələrində Azərbaycanda heç kəsin sözü digərinin boğazından keçmirdi:

“15 iyunda Gəncə hadisələri baş verdi və orada qardaş qanı töküldü. Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Cənub zonasında Əlikram Hümbətov qondarma “talış muğan respublikası” yaradırdı, şimalda “Sadval” terror təşkilatı başqa bir təxribat aparırdı. 15 iyunda Heydər Əliyev Bakıya gəlməklə ölkəni bu xaosdan xilas etdi. O zaman ona sual verdilər ki, bu qədər problemləri necə həll edəcəksiniz? O isə cavabında dedi: mənim sehirli çubuğum yoxdur, ancaq həll etməyə çalşacam. Heydər Əliyev daha sonra jurnalistlərə üzünü tutaraq, “istəyən varsa, mənimlə Gəncəyə gəlsin”, – dedi.

O dövrdə müstəqil media yox idi. Jurnalistlər döyülürdü, söyülürdü, redaksiyalara hücumlar olurdu və heç kimsə sərbəst yazılar yaza bilmirdi. Digər sahələrə olduğu kimi, Heydər Əliyev jurnalistikaya da böyük qayğı və diqqət ayırdı, nəticədə isə mətbuat inkişaf etməyə başladı. Onun ən yadda qalan sərəncamı isə 1998-ci il avqust ayının 6-da senzuranın ləğvi ilə bağlıdır. Nə qədər Azərbaycan var, Heydər Əliyev də yaşayacaq”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay çıxış edərkən deyib ki, Heydər Əliyev mətbutı özü oxuyurdu:

“O, nəinki mətbuatı oxuyurdu, hətta jurnalistləri şəxsən tanıyırdı. Hazırkı mətbuatda ortada olanlar Heydər Əliyev zamanında formalaşan şəxslərdir. Bu gün mətbuatımızı ayaqda saxlayan elə məhz Heydər Əliyev zamanında formalaşan jurnalistlərdir”.

525-ci qəzetin baş redaktoru Rəşad Məcid isə öz çıxışında bildirib ki, Heydər Əliyev müsəlman dünyasının, şərqin yetişdirdiyi dahi şəxsiyyətlərdən biridir:

“Heydər Əliyev 1998-ci ilin avqust ayının 6-da mətbuat üzərindəki senzuranı aradan qaldırdı. O zaman bəzi nazirlər, məmurlar mətbuatı məhkəməyə verəndə, Heydər Əliyev bildirdi ki, məni sizdən daha çox tənqid edirlər, amma mən bir dəfə də olsun jurnalisti məhkəməyə verməmişəm. Bundan sonra məmurlar mətbuata qarşı dözümlü olmağa başladılar. O, dəfələrlə jurnalistlərlə görüşlər keçirib. Ona jurnaistlərin dostu mükafatı veriləndə isə həm təəccüblənmişdi, həm də sevinmişdi”.

Pərviz Mustafa

 

www.yenicag.az

2107
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100