Heykəlin içindən mumiya çıxdı-Foto

media-hightechnic-468x90

84428Çindən Hollandiyaya gətirilən heykəlin içindən adam çıxıb.

Yenicag.az xəbər verir ki, gətirilən Budda heykəli nümayiş etdirilmək üçün gətirilmişdi. Hollandiyadakı muzeyin mütəxəssisləri heykəli tomoqrafiyasının çəkilməsi üçün bir tibb mərkəzinə göndəriblər. Heykəl və mumiyanın tomoqrafiyası Macarıstandakı tarix muzeyində nümayiş etdiriləcəkdi.

Lakin tomoqrafiya çəkilən zaman təsadüfən heykəlin içindən mumiyalanmış insan bədəni aşkarlanıb. Bədənin bir rahibə aid olduğu güman edilir. Aşkarlanan bədənin üzərində aparılan DNT testləri nəticəsində müəyyən edilib ki, mumiya min il əvvələ aiddir.

Qeyd edək ki, Asiyadakı buddist keşişlərin özlərini mumiyalatması hallarına çox tez-tez rast gəlinir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600