Heyvandarlıq məhsulları istehsalı artıb
Zərdabda cari ilin doqquz ayında heyvandarlıq məhsulları istehsalında uğurlu nəticələr qazanılıb.
Rayon statistika idarəsindən verilən məlumatda göstərilir ki, doqquz ayda Zərdabda 3286,8 ton ət istehsal olunub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 ton çoxdur. Bu müddətdə süd istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 218,6 ton artaraq 16531,5 tona, yumurta istehsalı 6 milyon 93 min ədədə, yun istehsalı isə 4,5 ton artaraq 165 tona çatıb.
Heyvandarlıqla məşğul olan fermerlər ili daha uğurlu gəstəricilərlə başa vurmaq əzmindədirlər. (azertag.az)