Hicablı qız metroda hər kəsi təəccübləndirdi-Video
İranın paytaxtı Tehranın polisi indi bu qızı arayır.
Tehran metrosundakı vaqonlardan birində hicablı qız “Little Mix” qrupunun “Salute” mahnısının sədaları altında rəqs edib. Olayın videosu sosial şəbəkələrdə sürətlə yayılır.
Hicablı qız İranda qadın hüquqlarının pozulduğunu iddia edərək “Qadınların ictimai yerlərdə rəqslərinə və çadrasız, hicabsız peyda olmalarına etirazım bu rəqsimdir” deyib.
Video ilk əvvəl Facebook-dakı “My Stealthy Freedom” səhifəsində yerləşdirilib, sonra paylaşılıb və populyarlaşıb.
İranın hakimiyyət dairələri və din xadimləri qadınların ictimai yerlərdə “həddən artıq azad davranmalarına” qarşıdır.