!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hidayət Heydərovun rəqibləri ilə bağlı qalmaqal yaşanır

!Reklam – Yazi

Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında xoşagəlməz vəziyyət yaranıb.

Yenicag.az İdman.biz-ə istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan əlcəzairli cüdoçu Reuan Masud Dris tatamiyə çıxmaqdan imtina edə bilər.

Buna səbəb onun rəqibinin israilli Tohar Butbul olmasıdır. Əlcəzairlə Fələstin qarşıdurması üzündən bu görüşün baş tutmamaq ehtimalı böyükdür. Drisin ölkəsində əksəriyyət cüdoçunun israilli ilə güləşməsinə qarşıdır.

Əlcəzairin medal ümidlərindən olan cüdoçu imtina nəticəsində ciddi sanksiya ilə üzləşə bilər. Onun həmyerlisi Feti Nurine Tokio-2020 Olimpiadasında məhz Butbulla görüşə çıxmadığına görə 10 illik cəzaya məruz qalıb.

Qeyd edək ki, Masud Dris – Butbul görüşünün qalibi növbəti mərhələdə Azərbaycan cüdoçusu Hidayət Heydərovla üz-üzə gələcək. Bu çəki dərəcəsində mübarizə iyulun 29-da olacaq.

COP29

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv