Hikmət Hacıyev Belen Martinez Karbonel ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Baş katibi Belen Martinez Karbonel ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Martinez Karbonel “X” hesabında bildirib.
O, Hikmət Hacıyevi Avropa Xarici Fəaliyyət Xidmətində salamlamaqdan məmnun olduğunu vurğulayıb.
Görüş zamanı tərəflər Azərbaycanla Ermənistan arasında normallaşma prosesini də müzakirə edib:
“Biz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri, eləcə də Aİ-nin Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə dəstəyini və bölgədəki son hadisələri müzakirə etdik”, – diplomat qeyd edib.
O əlavə edib ki, Aİ regionda sülh və firavanlığa sadiqdir.