Himayədar ailələrə verilən uşaqların sayı açıqlandı

media-hightechnic-468x90

Azərbaycanda ötən dövrdə himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələlərə verilən uşaqlardan 36-sı qız, 24-ü oğlandır.

Həmçinin 28 nəfəri 6 yaşadək olan, 26 nəfəri 7-13 yaş arası, 6 nəfəri 14-18 yaş arası uşaqlardır.

Uşaqlardan 31-i hazırda Bakı şəhərindəki, 29-u rayonlardakı ( Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1, Zərdabda 1, Oğuzda 3, İmişlidə 1 ailə) himayədar ailələrdə yaşayırlar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa