Hindistanın bir şəhəri milyarderlərin sayına görə dünyada üçüncü oldu

media-hightechnic-468x90

Hindistanın Mumbay şəhəri orada yaşayan milyarderlərin sayına görə Asiya şəhərləri arasında liderdir.

Bu barədə Hindistanın “Hurun India” reytinq agentliyinin apardığı araşdırmalarda qeyd olunur.

Agentliyin araşdırmasına əsasən, Mumbay ilk dəfə olaraq Pekini qabaqlayaraq Asiya ölkələri arasında milyarderlərinin sayına görə ilk sırada dayanıb.

Belə ki, hazırda Mumbayda 92 milyarder yaşayır.

Dünya miqyasında isə Mumbay milyarderlərin sayına görə Nyu-York (119 milyarder) və Londondan (97 milyarder) sonra üçüncü yerdədir.

Mənbə: Hurunindia.com

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa