Hollivud və Türk aktyorları bir arada
Məşhur Hollivud aktyoru və rejissoru Rassel Krounun çəkdiyi “The Water Diviner” (“Son ümid”) bədii filmi yaşlı bir kişinin Türkiyənin Gelibolu mahalına səyahəti haqqındadır.
Filmdə göstərilir ki, avstraliyalı yaşlı bir fermerin üç oğlu 1919-cu ildə Çanakkale döyüşündən sonra Türkiyəyə – Geliboluya gedir. Lakin döyüşdən sonra onalr haqqında heç bir xəbər almayan fermer oğlanlarını axtarmaq üçün Geliboluya gəlir.
Filmdə məşhur Hollivud aktyorları ilə bərabər Cem Yılmaz, Yılmaz Ərdoğan və Mert Fırat kimi türk aktyorları da rol alıb.
Qeyd edək ki, tarixi dram janrında çəkilən filmin təqdimatı dekabrın 2-si Sidneydə olacaq. Dekabrın 26-dan isə film kinoteatrlarda göstərilməyə başlanacaq.
(anspress.com)