Dünya kino sənayesinin mərkəzi sayılan Hollivudun ən yüksək qonorar alan aktyorlarının yeni reytinqi açıqlanıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, siyahıya Rayan Consonun “Bıçaqları çəkmək” filminin iki hissəsində iştirakına görə 100 milyon dollar qonorar alan Daniel Kreyq başçılıq edir.
Məlumata görə, onun bu qədər çox qazanmasının səbəbi “Netflix”in aktyorun qatıldığı layihələrin yalnız kinoteatrlarda göstərilməsindən qazanacağı pulları kompensasiya etməsidir.
Siyahıda 2-ci yerdə “Qırmızı vahid” komediya filmində yaratdığı obraza görə 50 milyon dollar qonorar alan Dueyn Conson, 3-cü yerdə isə bu il qonorarları 40 milyon dollar təşkil edən Uill Smit (“Kral Riçard” filmi) və Denzel Vaşinqton “Təfərrüatlardakı şeytan” filmi) qərarlaşıb.
Ən yüksək ödənişli aktyorların ilk onluğuna Leonardo di Kaprio, Mark Uolberq, Cenifer Lourens, Culiya Roberts, Sandra Ballok və Rayan Qoslinq də daxil olub.
www.yenicag.az