Hospitalda yanğın - 11 ölü, 70-dən çox yaralı

media-hightechnic-468x90

Hindistanın Mumbay şəhərində koronavirus xəstələrinin müalicə aldığı hospitalda baş verən yanğın nəticəsində 11 nəfər ölüb, 70-dən çox insan isə yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat yayıb.

Maxaraştra ştatının naziri Uddax Tekkereyin sözlərinə görə, yanğınsöndürənlər insanların xilas edilməsində böyük əmək sərf ediblər:

“Təəssüf ki, reanimasiyada olan xəstələrin xilas edilməsi mümkün olmayıb. Onların ailələrindən üzr istəyirik”.

Qeyd edək ki, yanğının səbəbi hələ ki, müəyyən edilməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600