!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hövsanın qazsız qalmasının SƏBƏBİ - FOTO

!Reklam – Yazi

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsinin Hövsan kəndi ərazisində Mənzil İnşaat Dövlət Agentliyinin apardığı tikinti işləri zamanı ərazidən keçən qaz xətti zədələnib.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, diametri 280 mm olan orta təzyiqli qaz xəttinin zədələnməsi nəticəsində yaxınlıqda yaşayan 3 500 abonentin qaz təchizatında fasilə yaranıb. Sözügedən ərazidə aparılan tikinti işləri nəticəsində son bir ay ərzində artıq üçüncü dəfədir ki, oxşar hal yaşanır.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq yenə səhlənkarlığa yol verilib. Bakı Regional qaz istismarı Departamentinin Suraxanı rayonu üzrə texniki istismar xidmətinin rəisi Samir Abbasovun sözlərinə görə qəza zamanı qarşı tərəf dəymiş ziyanı ödəsə də, vətəndaşlar soyuq vaxtlarda saatlarla qazsız qalmalarına görə narazılıq edirlər. Əhali yığışaraq etirazlarını bildirmək üçün tikinti gedən ərazidə də olub. Bu cür durumun tezliklə qarşısının alınmasını istəyiblər.

“Azəriqaz” soyuq aylarda, xüsusən də COVID-19 pandemiyasının yayılmasından irəli gələrək insanların evdə qalmağa üstünlük verdiyi bir vaxtda bütün tikinti işi ilə məşğul olan təşkilatlardan diqqətli olmağı xahiş edir. Hər hansı bir qaz xəttinin zədələnməsi xeyli sayda abonentin qazsız qalmasına gətirib çıxarır. Baş verən fəsadların aradan qaldırılması 4-5 saat, bəzən də daha çox vaxt tələb etdiyindən bu, haqlı narazılığa səbəb olur.

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv