“Hadisə dünən saat 5-də baş verib. Dostları ilə həyətdə oynadığı vaxt üç it hücum edib, parçalayıb”.
Bu sözləri martın 3-də “Qobu Park”da itlərin hücumuna məruz qalan azyaşlının anası Fatma Şahbazova deyib.
O bildirib ki, it övladının bütün bədənini parçalayıb.
“Mən aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məsələ ilə ciddi maraqlansınlar. Bu hadisə hamının başına gələ bilər”.
Uşağın babası Səfər Şahbazovun sözlərinə görə, yaşadıqları ərazidə başqa sakinlər də bir neçə dəfə küçə itlərinin hücumuna məruz qalıblar:
“Üç it hücum edib, uşağı dişləyib. Cavan bir oğlan görüb, çətinliklə xilas edib. Uşağın qolu, ayağı pis vəziyyətdədir”.
Daha ətraflı Baku TV-nin süjetində:
***
13:24
Ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalan məktəbli Əliyev Amar Azər oğlu 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdidir.
Bu barədə Oxu.Az-a sözügedən məktəbin direktoru Sona Əliyeva məlumat verib. O bildirib ki, hadisə ötən gün uşaqlar həyətdə oynayan zaman baş verib.
“Onlar dağ tərəfə gediblər və Amar sahibsiz itlərin hücumuna məruz qalıb. Uşağın anası özü də məktəbdə texniki işçi kimi çalışır” – deyə direktor qeyd edib.
Direktor onu da bildirib ki, hadisə baş verəndən sonra müəllim kollektivi ilə birgə orada olublar:
“Xəstəxanada, əməliyyata götürüləndə də yanında olmuşuq”.
***
11;06
Daxili İşlər Nazirliyi ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalması məsələsinə münasibət bildirib.
Qurumun Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib:
“Hadisə Qaradağ rayonu ərazisində baş verib. Sahibsiz it 2014-cü il təvəllüdlü uşağa hücum edib. Uşaq xəstəxanaya yerləşdirilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.
***
10:06
Qobuda uşağı it parçalayıb.
Yenicag.az xəbər verir ki, bu barədə görüntülər “Telegram” kanallarında yer alıb.
Bildirilir ki, hadisədən sonra yerli sakinlər azyaşlını xilas edərək, onu təcili yardım maşınına təhvil veriblər.
www.yenicag.az