Hulusi Akar: “Türk əsgərləri ən qısa zamanda Azərbaycana gedəcək”

“Ən qısa zamanda Türk əsgərləri Azərbaycandakı vəzifələrinin icrasına başlayacaq”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna uyğun olaraq Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək. Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır”, – deyə nazir vurğulayıb.