Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Xarici İşlər Nazirliyinin İkitərəfli Siyasi Əlaqələr İdarəsinin müdiri vəzifəsindən istefa verib. Yenicag.az xəbər verir ki, diplomat İyun ayında keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməsi ilə əlaqədar dövlət işindən ayrılıb.
H. Kılıç əvvəllər Türkiyənin Suriyanın Hələb şəhərində baş konsulu, 2008-2012-ci illərdə Türkiyənin Azərbaycanda səfiri vəzifəsində çalışıb. O, Azərbaycan prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunan ilk türk diplomatıdır. H. Kılıç Rəcəp Tayyip Ərdoğanın baş nazir olduğu dövrdə onun protokol müdiri vəzifəsini də həyata keçirib.
(lent.az)
www.yenicag.az