"Hünərin çatır, üzünə de" – Əməkdar artistdən İSMARC
“Belə vicdanın təmizdirsə, elə həmin adamın üzünə de də, arxasınca niyə danışırsan?”
Yenicag.az xəbər verir ki, bu sözləri qarmon ifaçısı, Əməkdar artist Gövhər Rzayeva “Bir gün” verilişində deyib.
Sənətkar zəif insanların hər zaman güclü şəxsiyyətlərə paxıllıq etdiyini və bunun cəmiyyətdəki köklü problemlərdən biri olduğunu bildirib:
“Təkcə incəsənət aləmində deyil, elə bütün sahələrdə paxıllıq var. Meşə çaqqalsız olmaz. Zəif adam həmişə güclü insana paxıllıq edib. Demək, həmin adamda özündə olmayan hansısa üstünlük var ki, onda qıcıq yaradır. Kim ki, başqasının dalınca danışır, pisləyir, demək ki, onu həzm edə bilmir. Belə vicdanın təmizdirsə, elə həmin adamın üzünə de də, arxasınca niyə danışırsan?”
Nehru












