!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüquq müdafiəçisi Qaxda gürcülərlə görüşüb -FOTO

!Reklam – Yazi

gurculer6Azərbaycanın şimal bölgəsinə səfəri çərçivəsində Qax rayonunda olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ötən gün rayonda yaşayan gürcülərlə görüşüb və onların qayğıları ilə yaxından tanış olub.

Görüş zamanı məlum olub ki, Qax əhalisinin ümumi qayğıları gürcülərə də təsirsiz ötüşməyib. Rayonda özlərinə məxsus məktəbləri, bağçaları, dərnəkləri olan gürcülər sərbəst şəkildə ibadətlə də məşğul olur və hər hansı ayrı-seçkiliyə məruz qalmırlar.

Yerli gürcülərlə görüş zamanı Gürcüstan-Azərbaycan münasibətlərinə toxunan Əhməd Şahidov İyun ayında Slovakiyanın paytaxtı Bratislava şəhərində Gürcüstan prezidenti Giorgi Margvelaşvili və Odessa qubernatoru Mixail Saakaşvili ilə görüşdüyünü və iki xalq arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qax rayonunda yaşayan gürcülər Müqəddəs Giorgi kilsəsinin son bir-neçə ayda keşişsiz qaldığını bildirib və bu məsələdə yardımçı olması üçün Əhməd Şahidova müraciət ediblər. Məsələ ilə bağlı maraqlanacağını bildirən hüquq müdafiəçisi müvafiq qurumlarla əlaqə yaradaraq, yardım edəcəyinə söz verib.

gurculer4 gurculer5 gurculer6 (1) gurculer7 gurculer8 gurculer3 gurculer1 gurculer2

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv