Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hüquq müdafiəçisindən Gömrük Komitəsinə DƏRƏBƏYLİK İTTİHAMI: "Bu zərəri siz ödəyəcəksiniz"

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Dövlət Gömrük Komitəsinin fəaliyyətini tənqid edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O, bildirib ki, Gömrük Komitəsinin əməkdaşlarının heç bir qayda-qanuna tabe olmayan kobud davranışları oğlunun səfərinin təxirə düşməsinə səbəb olub:

“Bu gecə Moskva uçuşunun sərnişini olan oğlumun əməkdaşlarınızın qeyri-peşəkarlığı sayəsində səfəri baş tutmadı, bileti batdı. Buna səbəb isə gömrüyün əməkdaşlarının Yaponiya istehsalı olan və kütləvi satışı 100 dollar təşkil edən fotoaparatı antikvar hesab etmələri olub. Məsələ ondadır ki, bunu əsaslandıracaq nə sənəd, nə də qanunvericilik üzrə bənd ortaya qoyublar. Əsas səbəb bu olub ki, “mən belə deyirəm”. Əgər bu sahədə ekspertiniz yoxdursa, bu sizin probleminizdir. Nəyə görə vətəndaş sizin əməkdaşların qeyri-peşkarlığından ziyan çəkməli, yaradıcılıq görüşünü itirməli idi?! Yeri gəlmişkəm, həmin fotoaparatla oğlum dəfələrlə səfərdə olub. Adam deyir ki, bu mənim çörək ağacımdır və həmişə mənimlə olur. İndi bir zəhmət şikayətlərimizə cavab verin. Qaynar xətt və Sədrə müraciətlərimiz var. İki əməkdaşın qeyri-peşəkarlığının kompensasiyasını qurum olaraq ödəyin”.

Gülşən Şərif

www.yenicag.az

591
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100