Hüquqi şəxslər avtomobillərə görə əmlak vergisindən necə yayınır?

media-hightechnic-468x90

Azərbaycanda vergi sistemində şəffaflığın artırılması istiqamətində mühüm addımlar atılsa da, hələ də bəzi sahələrdə boşluqlar qalmaqdadır. Onlardan biri də hüquqi şəxslərin balansında olan nəqliyyat vasitələrinin əmlak vergisinə tam cəlb olunmaması məsələsidir.

Yenicag.az “Bizim.Media”ya istinadən xəbər verir ki, hazırda ölkəmizdə minlərlə hüquqi şəxsin balansında müxtəlif nəqliyyat vasitələri mövcuddur.

Sözügedən avtomobillərin əksəriyyəti faktiki olaraq istifadə olunur. Lakin onlardan istifadəyə görə hüquqi şəxslərdən əmlak vergisi alınmır.

Bəs, buna səbəb nədir?

İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov Bizim.Media-ya açıqlamasında sözügedən vəziyyətin yaranmasının əsas səbəblərini qeyd etdi:

“İlk növbədə məlumat bazalarının inteqrasiya olunmaması həmin avtomobillərə görə əmlak vergisinin alınmamasına səbəb olur. Belə ki, Dövlət Yol Polisi (DYP) sistemində olan avtomobil qeydiyyatı və alqı-satqı əməliyyatları Dövlət Vergi Xidmətinin vahid informasiya sisteminə inteqrasiya olunmayıb.

Digər vacib məqam isə şəffaflığın az olmasıdır. Yəni, Vergi Xidməti yalnız təqdim edilən balans və hesabatlar əsasında informasiya əldə edir. Əgər hüquqi şəxs əsas vəsaitlərin alınmasını Vergi hesabatlarında (balansda) göstərmirsə, vergi orqanları bu avtomobildən xəbərsiz qalır.

Bu isə ciddi maliyyə itkisi deməkdir. Sözügedən tendensiya nəticəsində dövlət büdcəsi hər il milyonlarla manat həcmində əmlak vergisindən məhrum olur”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa