Husilər Qırmızı dənizdə İsrailə aid gəmini vurdu

media-hightechnic-468x90

Yəmənin Husi qruplaşması Qırmızı dənizin şimalında İsrailə aid olduğu iddia edilən bir gəmini dron və raketlə vurduğunu açıqlayıb.

Yenicag.az “Times of İsrael”ə istinadən xəbər verir ki, hücumun dəqiq vaxtı barədə məlumat verilmir və hadisə ilə bağlı dəniz nəqliyyatı mənbələrindən dərhal təsdiq alınmayıb.

Husilər bazar günü Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Yanbu limanı yaxınlığında İsrailə məxsus “Scarlet Ray” tankerini vurduqlarını iddia ediblər. Bu, Səudiyyə sahilində nadir hücumlardan biridir.

Qeyd edək ki, İsrail ötən cümə axşamı Yəmənin Husi idarəçiliyi altında olan hökumət başçısını və bir neçə digər naziri paytaxt Sanaa şəhərində həyata keçirilən zərbə nəticəsində öldürüb. Bu, yüksək vəzifəli rəsmi şəxslərin öldürüldüyü ilk hücum olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa