Hüsnü Mübarəkin ölüm səbəbi açıqlandı

media-hightechnic-468x90

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin ölümünə səbəb xroniki böyrək çatışmazlığı olub. Bu barədə “el-Watan” qəzeti yazıb.

“Ölüm səbəbi: xroniki böyrək çatışmazlığı”, – qəzetin dərc etdiyi sənəddə deyilir. Sənəddə, həmçinin eks-prezidentin adı, yaşı və vəfat tarixi – 25 fevral qeyd edilib.

Xatırladaq ki, Mübarək fevralın 25-də 91 yaşında Qahirədə Əl-Qaala hərbi hospitalında vəfat edib. Mübarək 30 il – 1981-ci ildən 2011-ci ilə qədər Misirin Prezidenti olub. Əhalinin kütləvi etirazlarından sonra istefa verib./Qafqazinfo/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa