I sinfə qəbulda yenilik
Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərin rahatlığı, qəbul sistemin təkmilləşdirilməsi məqsədi ilə paytaxt şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesini elektron sistem vasitəsilə aparılması nəzərdə tutub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, bu məqsədlə hazırda sistem üzrərində son tamamlama işləri aparılır.
Sistemin təkmilləşməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlayıb.
Bu səbəbdən, fevralın 5-i Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərininin rəhbərləri ilə görüş keçirilib, direktorlar elektron sistemlə aparılacaq qəbul haqqıında məlumatlandırılıb.
Görüş qarşılıqlı müzakirə şəklində keçib, direktorlar tərəfindən məsələ ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilib.