!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İbrahim Tatlısəs bu dəfə də namizəd ola bilmədi

!Reklam – Yazi

14 may seçkilərinə sayılı günlər qalmış partiyalar siyahılarını YSK-ya təqdim ediblər.

Yenicag.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, daha əvvəl 4 dəfə deputatlığa namizəd olmaq üçün müraciət edən İbrahim Tatlısəs beşinci cəhdində namizədlər siyahısında yer ala bilməyib.

AK Partiyadan millət vəkili olmaq üçün 4 dəfə namizəd olan İbrahim Tatlısəsin beşinci cəhdində də Şanlıurfadan namizədliyi irəli sürülməyib.

Tatlısəs namizədlik üçün müraciət etdikdən sonra hisslərini belə ifadə edib:

“Urfama xidmət etmək üçün buradayam. 50 dəfə namizəd olmuşam, 100 dəfə daha Urfama namizəd olacağam. Məqsədim Şanlıurfanın problemlərini həll etməkdir. Şanlıurfa həmişə Şanlıurfa olub. Yenə deyirəm, Şanlıurfaya xidmət nəfəsi gətirəcəm. Şanlıurfaya xidmətim sənətdə aydındır. İndi siyasi xidmət gətirməyə can atıram. Şanlıurfalı həmvətənlərim varsa, bu iş üçün məni dünyəvi hesab edin, heç bir soydaşımı öz adımdan aşağı buraxmayacağam. Şanlıurfanın problemlərini cəsarətlə dilə gətirəcəyəm”.

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv