İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviçin yeni klubunun adı açıqlanıb.
Yenicag.az xəbər verir ki, ulduz futbolçu İtaliyanın “Milan” klubu ilə anlaşıb. Bu iddia ilə “Sky İtalia” çıxış edib.
İddiaya görə, tərəflər arasında 1,5 illik sözləşmə imzalanıb. İbrahimoviçin ilinə 4 milyon avro maaş alacağı bildirilir.
Qeyd edək ki, İbra cari mövsümdə ABŞ-ın “Los Angeles Galaxy” klubunda meydana çıxdığı 34 oyunda 23 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.