Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin xidməti avtomobilinin qayda pozuntusuna yol verdiyi barədə videokadrlar yayılıb.
Yenicag.az xəbər verir ki, A24.Az-ın redaksiyasına videokadrları təqdim edən vətəndaş bildirib ki, hadisə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Vətəndaşın sözlərinə görə, qəsəbə ərazisində sürət həddi 60 km/s olduğu halda icra başçısının xidməti avtomobili sürət həddini aşaraq 90-100 km/saatla hərəkət edib.
“Yolda sürət həddi 60 km/saat idi. Mən də, qoyulan sürət həddinə əməl edirdim. Qəfildən 27-AA-001 dövlət qeydiyyat nişanlı avtomobil yüksət sürətlə yanımızdan keçdi. Videodan da görünür ki, avtomobilin sürət həddi digər nəqliyyat vasitələrinə nisbətən ən azı 30-40 km/saat yüksək idi. Kadrları avtomobilimdə yerləşdirilən videoreqistrator qeydə alıb”.
Həmin videosujeti təqdim edirik: