Vəhşi təbiətin "Hollywood" ulduzları: "Nikon" 2025-in ən komik qəhrəmanlarını seçdi
Yabanı təbiətin ən maraqlı və əyləncəli anlarını əks etdirən “2025 Nikon Komediya Vəhşi Həyat Mükafatları” (Nikon Comedy Wildlife Awards) öz sahiblərini tapıb
Yenicag.az xəbər verir ki, bu il müsabiqəyə 109 müxtəlif ölkədən olan fotoqraflar 10 mindən çox fotoşəkil ilə qatılıblar.
Təbiətin ən şən və qeyri-adi anlarını kameranın yaddaşına köçürən bu yarışma 2025-ci ilin nəticələrini elan edib. Qlobal səviyyədə maraqla izlənilən müsabiqə bu il iştirakçı sayına görə rekord qırıb.
Bu il müsabiqəyə göndərilən 10 mindən çox fotoşəkil yarışma tarixində ən yüksək müraciət sayı kimi qeydə alınıb. Lakin layihənin əsas məqsədi yalnız insanları güldürmək deyil, həm də vəhşi təbiətin qorunması ilə bağlı maarifləndirməni artırmaqdır. Bu missiya çərçivəsində müsabiqədən əldə olunan gəlirlərin 10 faizi vəhşi təbiətin mühafizəsi sahəsində çalışan “Whitley Fund for Nature” təşkilatına bağışlanır.
Fotoqraflar heyvanların təbii mühitlərində verdiyi gülməli pozaları və maraqlı üz ifadələrini əbədiləşdiriblər. Münsiflər heyəti Quşlar, Balıqlar və Sürünənlər kimi müxtəlif kateqoriyalar üzrə altı qalib və on “yüksək tərifəlayiq” fotoşəkil seçib. Həmçinin, bu kateqoriyalar arasından bir fotoşəkil “İlin ən yaxşı fotosu” seçilərək böyük mükafatın sahibi olub.

Mark Met Konun (Mark Meth Cohn) çəkdiyi “High Five” (Çak bir beşlik) adlı fotoşəkil bu ilki “Nikon Komediya Vəhşi Həyat Mükafatları”nda birinci yerə layiq görülüb.

Fotoğraf: Valtteri Mulkahainen /Nikon Comedy Wildlife Awards
Fotoğraf: Meline Ellwanger/Nikon Comedy Wildlife Awards
Fotoğraf: Erkko Badermann/Nikon Comedy Wildlife Awards
Fotoğraf: Maggie Hoffman/Nikon Comedy Wildlife Awards
Bret Saalwaechter/Nikon Comedy Wildlife Awards
Liliana Luca/Nikon Comedy Wildlife Awards
Annette Kirby/Nikon Comedy Wildlife Awards
Mark Meth Cohn/Nikon Comedy Wildlife Awards
Jenny Stock/Nikon Comedy Wildlife Awards
Grayson Bell/Nikon Comedy Wildlife Awards
Grayson Bell/Nikon Comedy Wildlife Awards
Yenicag.az












