!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısını Eldar Mahmudovla birləşdirən dəyər: Kürəkən

!Reklam – Yazi

238584Sumqayıt şəhərinin icra başçısı olan Zakir Fərəcovun sabiq MTN şefi Eldar Mahmudovun bandası ilə sıx əlaqələrinin olması barədə məlumat vermişdik.

Daxil olan yeni məlumatlara görə, Eldar Mahmudov Zakir Fərəcovun kürəkənini MTN-də işə götürərək ona yüksək vəzifə verib. Belə ki, Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon İdarəsinin rəisi vəzifəsinə Zakir Fərəcovun kürəkəni Əsədov Pərvin Zakir oğlunu təyin edib. Təəssüf ki, Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra Pərvin Əsədov xüsusi xidmət orqanında fəaliyyətini davam etdirib.

MTN-lə bağlı mediayaya sızan şikayətlərdə Pərvin Əsədovun da adı qırmızı xəttlə keçir. Onun Akif Çovdarovla “işguzar” əlaqələrinin olması barədə AzToday.az-a şok məlumatlar daxil olub. Həmin məlumatlarda iddia olunur ki, sahibkarların şantaj edilərək onlardan pul alınmasında Akif Çovdarovla “əməkdaşlıq” edənlərdən biri də Pərvin Əsədov olub.

Qeyd edək ki, Eldar Mahmudovun bandasınınMTN-də əsas adamı sayılan Akif Çovdarov artıq həbs olunub. Hətta üzun müddət Abşeron rayonuna rəhbərlik etmiş Zakir Fərəcovun da adı bu prosesdə hallanır.

Xatırladaq ki, Pərvin Əsədovun adı həmçinin Azərbaycanda məşhur müğənnilərdən biri ilə hallanır.

Redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv