!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısının məhkəməyə verdiyi jurnalist Cəmil Məmmədli: “Təqsirsiz olduğumu sübut edəcəm”

!Reklam – Yazi

Bu gün Xaçmaz rayon məhkəməsində Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin şikayəti əsasında jurnalist Cəmil Məmmədlinin məhkəmə prosesi baş tutub.

Yenicag.az xəbər verir ki, hakim icra başçısının xüsusi ittihamla məhkəməyə verdiyi şikayəti icraata qəbul edib.

Prosesdən sonra Cəmil Məmmədli açıqlamasında bildirib ki, işin icraata götürülməsinin heç bir hüquqi əsası yoxdur:

“Mənim yazdıqlarım fakta əsaslanır, şahidlər və şikayətçilər var. Ziyəddin Əliyev haqqında dediklərim faktdır. Məhkəmədə təqsirsiz olduğumu sübut edəcəm.

Çalışırlar ki, icra başçısını jurnalistin qarşısında uduzdurmasınlar. İşdə sifariş izlərini görürəm”.

Qeyd edək ki, Cəmil Məmmədlinin işi üzrə növbəti məhkəmə prosesi 9 aprel 2021-ci il saat 15:00-a təyin edilib.

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv