İcra başçısının müavini həbs olundu

media-hightechnic-468x90

kopMayın 29 da tutduğu vəzifədən azad edilən Sabunçu rayon icra hakiminin 1-ci müavini Şakir Alıyev dünən həbs edilib.

Şakir Alıyevə korrupsiya və rüşvət ittihamları irəli sürülüb.

Həbs olunan icra başçısının keçmiş müavininin icra başçısı Adil Vəliyevlə münasibətlərinin pis olduğu bildirilirdi. Onun rayon ərazisində icra hakimiyyəti rəhbərliyi və ona yaxın şəxslərin tikinti aparılmasına əngəllər yaratması, tikinti icazəsi üçün rüşvət tələb etmələri haqda Prezident Adminstrasiyasına ünvanlanan çoxsaylı şikayətlərdən sonra vəzifəsindən azad edildiyi qeyd olunurdu.

Məlumata görə, Şakir Alıyev mayın 29-da işdən azad edildikdən sonra, qısa müddətdə onun Sabunçu rayonunda vəzifədə olan bütün qohumları işdən azad edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600