!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra Hakimiyyətindən şəhid polkovnikin barelyefi ilə bağlı AÇIQLAMA: “Təbrizlə əlaqə saxlayacağıq”

!Reklam – Yazi

“Təbriz Soltanlının şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırladığından xəbərimiz var və onunla əlaqə saxlayacağıq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında gənc heykəltəraş Təbriz Soltanlının şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlamasına baxmayaraq, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən polkovnikin barelyefinin başqa instansiyaya sifariş verilməsi barədə yayılmış məlumatlara aydınlıq gətirən İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib.

Pənah İmanovun sözlərinə görə, İcra Hakimiyyəti Təbriz Soltanlının şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlamasından xəbərdardır:

“İcra Hakimiyytəti tərəfindən mütəmadi olaraq aparılan abadlıq-quruculuq işləri çərçivəsində görülən işlər davam etdirilir. Şəhid polkovnik İlqar Mirzəyevin də yaşadığı ərazidə quruculuq işlərinin aparılması nəzərdə tutulur.

Biz sadəcə, şəhidimizin həlak olmasından qırx günün keçməsini gözləyirdik. Çünki onun qırxı çıxmamış həmin ərazidə abadlıq işlərinin aparılması düzgün olmazdı. Bu məsələ İcra Hakimiyyəti tərəfindən diqqətdə saxlanılır.

Barelyef məsələsinə gəldikdə isə, bəli, bu həyata keçiriləcək. Ancaq bu məsələlər qanunla tənzimlənir. Barelyefin hazırlanması üçün sifariş verilməsi nəzərdə tutulurdu. Gənc heykəltəraş Təbriz Soltanlı ilə də əlaqə saxlayacağıq. Onun bu barelyefi hazırladığından xəbərdarıq”.

Aqil Bəkir

www.yenicag.az

719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv