!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra hakimiyyətləri ilə Nazirlik arasında qalan TƏHSİL: “Bu bağlılığın səbəbi rüşvətdir” - ETİRAZ

!Reklam – Yazi

“Rüşvətlə direktor təyin edilməsi və ya uşağın məktəbə götürülməsi kimi fakorlar icra başçıları üçün yeyinti mənbəyidir”.

Bir neçə gün öncə müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinin aprelin 5-dən bağlanması ilə bağlı qərar verilsə də, daha sonra təhsil naziri Emin Əmrullayev bağçaların bağlanmayacağını və fəaliyyətlərini davam etdirəcəyini bildirmişdi.

Ötən gün isə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib ki, aprelin 6-da səhər saatlarından etibarən, bağçalar uşaqların üzünə açıq olacaq.

Mövcud qarışıqlıq fonunda qurumların fəaliyyəti ilə bağlı təhsil eksperti Elçin Əfəndi öz fikirlərini Yenicag.az-la bölüşüb.

Elçin Əfəndinin sözlərinə görə, bu vəziyyətdə məsuliyyət rayon icra hakimiyyətlərinin üzərinə düşür:

“Təhsil naziri Emin Əmrullayevin açıqlamasından bir neçə gün öncə guya Nazirlər Kabineti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə tapşırıq gəlmişdi. Həmin tapşırıqda aprelin 5-dən etibarən, bağçaların bağlanacağı bildirilirdi. Halbuki reallıqda belə bir qərar mövcud olmayıb.

Ona görə də təhsil naziri açıqlamasında bağçaların fəaliyyət göstərəcəyini deyib. Dövlət bağçaları Təhsil Nazirliyinin deyil, birbaşa icra hakimiyyətlərinin tabeliyindədir. Özəl bağçalara da Təhsil Nazirliyinin bir o qədər təsir gücü yoxdur.

Bütün hallarda məlum problemlərlə qarşılaşmamaq üçün ən doğru addım təhsilə aid bütün qurumların Təhsil Nazirliyinin tabeliyinə verilməsidir. Çünki təhsil müəsissənin icra hakimiyyəti ilə bağlılığı yoxdur. İki fərqli qurum arasında bu cür bağlılıq yaradılmasının səbəbi gələcəkdə rüşvət alınması ilə əlaqədardır. Belə ki, rüşvətlə direktor təyin edilməsi və ya uşağın məktəbə götürülməsi kimi fakorlar icra başçıları üçün yeyinti mənbəyidir.

Təəssüf ki, mərkəzləşmə olmadığı üçün bu cür problemli hallarla üzləşirik. Yaxşı olardı ki, ölkə başçısı tərəfindən bütün təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə keçirilməsi ilə bağlı sərəncam imzalansın. Bu dəyişiklik müəllimlər, valideynlər və şagirdlər arasında hər hansı məsələdə çaşqınlıq yaratmayacaq”.

Gülşən Şərif

www.yenicag.az

869
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv