!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İctimai iaşə obyektlərində TƏHLÜKƏSİZLİK: "Qanun yoxdur, buna görə də..." - AİB-in SƏDRİ

!Reklam – Yazi

Ötən günlərdə istirahət mərkəzlərinin birində dəhşətli hadisə yaşanıb. 4 yaşlı uşaq 3 məşqçinin gözü qabağında hovuzda dünyasını dəyişib.

Ən pisi də odur ki, belə hadisənin yaşanması ilk deyil. Həmçinin bəzən restoranlarda davalar olur, nəticədə yenə kimsə vəfat edir.

Bəs istirahət mərkəzləri və restoranlarda insanların təhlükəsizliyi necə qorunur? Hansı qanunlarla tənzimlənir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qanunvericilikdə bununla bağlı heç bir maddə yoxdur:

“Yəni Nazirlər Kabinetinin 94 saylı qərarı var. Orada restoranların fəaliyyəti, iş rejimi və s. qeyd edilib. İstehlakçının təhlükəsizliyi barədə heç bir maddə yoxdur. Amma biz bunu da bilməliyik ki, o cür hadisənin yaranmasında sahibkar məsuliyyət daşıyır.

Ümumiyyətlə, sahibkarın ərazisində istehlakçının hüquqlarının pozulması barədə biz dəfələrlə İqtisadiyyat Nazirliyinə şikayət etmişik. Məsələn, istehlakçıların çantalarının yoxlanması, onlara oğru kimi davranılması və s. hallar düzgün deyil. Bütün bunların qarşısını almaq üçün bir qərar qəbul edilməlidir. Amma yoxdur. Cinayət hadisələri baş verirsə, hüquq-mühafizə orqanları özü araşdıracaq, yəqin ki, sahibkar da cəzasız qalmayacaq.

Amma ən pisi odur ki, sahibkarın belə vəziyyətdə öz yaxasını qırağa çəkmək fürsəti var. Çünki qanunvericilik heç bir qanun təyin etmir”.

Şahanə Paşa

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv