İdlibdə bir türk əsgəri həlak olub, biri isə yaralanıb

Artilleriya atəşi nəticəsində Suriyanın İdlib əyalətində 1 türk əsgəri həlak olub.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya ordusunun İdlibdə artilleriya atəşi nəticəsində bir Türkiyə hərbçisi həlak olub, biri isə yaralanıb.

Bölgədə aşkarlanan düşmən hədəfləri intensiv atəşə tutulub və məhv edilib.