“İdrak” liseyindəki qanlı olayın hüquqi PƏRDƏARXASI: Kimlər həbs edilə bilər?

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliminə atəş açaraq ona xəsarət yetirib. Şagird saxlanılıb, silah maddi sübut kimi götürülüb.

Bəs, cəmiyyəti sarsıdan bu hadisə ilə bağlı kimləri hansı cəza və hüquqi məsuliyyət gözləyir?

media-hq720-8

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, fakt üzrə cinayət işi böyük ehtimalla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)29-cu (cinayətə cəhd) maddələri ilə başlanacaq:

“Bu hadisədə əsas hüquqi kvalifikasiya adam öldürməyə cəhd kimi qiymətləndirilir. İstintaq bu istiqamətdə aparılacaq. Lakin məsuliyyət təkcə atəşi açan şagirdlə məhdudlaşmır. Araşdırma zamanı hadisəyə şərait yaradan və təhlükəsizlik qaydalarını pozan digər şəxslərin də məsuliyyəti gündəmə gələcək”.

Hüquqşünas qeyd edib ki, ilk növbədə ov silahının kimə məxsus olması və hansı şəraitdə saxlanılması araşdırılacaq:

“Burada silah sahibinin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. Silahın yetkinlik yaşına çatmayan şəxsin əlinə keçməsi onun qorunması qaydalarının kobud şəkildə pozulmasıdır. Silah sahibini həm cinayət, həm də inzibati məsuliyyət gözləyir”.

Ramil Süleymanovun sözlərinə görə, lisey rəhbərliyi və mühafizə xidməti də “hədəf”dədir:

“Məktəbin mühafizəçilərinin vəzifə öhdəliklərini necə yerinə yetirdiyi yoxlanılacaq. Əgər giriş-çıxışa nəzarət zəif olubsa və bu, hadisəyə şərait yaradıbsa, həmin şəxslər barəsində hüquqi tədbirlər görüləcək. Həmçinin, liseyin direktoru da maddi-təşkilati məsələlərə cavabdeh şəxs kimi məsuliyyətdən kənarda qalmaya bilər. Təhlükəsizlik sistemindəki nöqsanlar rəhbərliyin birbaşa məsuliyyətidir”.

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05