II Azərbaycan–Türkiyə İnvestisiya Forumuna dair mətbuat konfransı keçirildi - FOTO/VİDEO

media-hightechnic-468x90

 

Bu il 23 dekabr tarixində Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək. Bu məqsədlə 10 dekabr tarixində media nümayəndələri üçün xüsusi mətbuat konfransı təşkil olunub.

Konfransda bildirilib ki, Forumda hər iki ölkədən yüksək vəzifəli rəsmi şəxslər, dövlət qurumları, iş adamları, sahibkar birlikləri və palataları təmsil edən 500-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur. Tədbir Azərbaycan və Türkiyə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, biznes əməkdaşlığının genişləndirilməsi və yeni investisiya imkanlarının təqdim olunması üçün strateji əhəmiyyət daşıyır.

I Forumdan II Foruma – yeni mərhələnin başlanğıcı

2023-cü ilin 21 dekabr tarixində Bakıda “I Azərbaycan–Türkiyə İnvestisiya Forumu” uğurla baş tutub. Forumda 600-dən çox nümayəndə iştirak etmiş, enerji, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi və sağlamlıq turizmi üzrə panel sessiyalar keçirilmişdir.

Artan iqtisadi əməkdaşlıq fonunda bu il keçiriləcək II Forum daha geniş proqramla həyata keçiriləcək və iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əsaslarını gücləndirmək məqsədi daşıyır.

Forumun proqramı və müzakirə mövzuları

Forum açılış mərasimi, imzalanma mərasimi, investisiya təqdimatları və 6 tematik paneldən ibarət olacaq:

Panel 1: Regionlararası ticarət və logistika dəhlizləri
Panel 2: Aqrar tərəfdaşlıq – dayanıqlı inkişaf və qida təhlükəsizliyi
Panel 3: Enerji transformasiyası – innovasiya və COP29 sonrası perspektivlər
Panel 4: Yaşıl şəhərsalma və davamlı infrastruktur
Panel 5: Azərbaycan–Türkiyə biznes əməkdaşlığı – çağırışlar və imkanlar
Panel 6: Sənaye 4.0 – gələcəyin texnologiyaları

Sahibkarlar üçün yeni imkanlar

Türkiyə şirkətlərinin Azərbaycan iqtisadiyyatının aparıcı sektorları, sənaye və logistika infrastrukturu ilə tanış olması üçün sənaye parklarına, azad iqtisadi zonalara və logistika mərkəzlərinə səfərlər təşkil olunacaq.

Qeydiyyat linki: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=yBCC2uT5_EC9J20-TwRsx6yFUpwX5LhGqoXqRmZI571UOFA5WE9DTzFaSlhVTTRYMTgyQzhKMDU2UC4u

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin İdarə heyetinin üzvü Salih Tüfekçi TÜİB-in 2025-ci il fəaliyyət hesabatını, TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və Azpromo-niun icraçı direktorunun müavini Tural Hacılı II Azərbaycan–Türkiyə İnvestisiya Forumuna dair açıqlamalar verib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa