II Dünya Müharibəsi ilə bağlı maraqlı faktlar

Bu gün dünya tarixinin ən böyük və qanlı müharibəsi olan II Dünya Müharibəsinin başlanmasından 80 il ötür.

II Dünya Müharibəsi 1 sentyabr 1939-cu il tarixində faşist Almaniyasının Polşaya hücumu ilə başlayıb və 2 sentyabr 1945-ci ildə başa çatıb. Bu müharibə dünya tarixində nüvə silahının tətbiq edildiyi ilk və tək müharibə kimi düşüb.

Yenicag.az “Azeri Defence”yə istinadən II Dünya Müharibəsi ilə bağlı bəzi maraqlı faktları təqdim edir.

Müharibədə həmin vaxt dünyada mövcud olan 73 dövlətdən 62-si və dünya əhalisinin 80%-i iştirak edib. Hərbi əməliyyatlar 40 dövlətin ərazisində və dünyanın bütün okeanlarının sularında aparılıb.

Müharibə dövründə dünya üzrə 110 milyon insan səfərbər edilib. Ümumi itkilər 60, bəzi məlumatlara görə 65 milyon nəfər olub.

Anfitaşist koalisiyasının hərbi itkiləri 16 milyon, mülki itkiləri 30 milyon nəfər, Almaniya və onun müttəfiqlərinin hərbi itkiləri 9 milyon, mülki itkiləri 8 milyon nəfərdən çox olub. Antifaşist koalisiyasında ən çox hərbi itki SSRİ-nin olub – 11 milyon nəfər. Almaniya isə təkbaşına 5 milyon 318 min əsgərini itirib.

Müharibə dövründə Sovet Ordusunun təqribən 5 milyon civarında, Almaniyanın isə 4 milyon 100 min əsgəri əsir götürülüb. İtki sayına görə üçücü yerdə Çin dayanıb. Çin müharibədə 3.8 milyon əsgər, 7.9 milyon mülki əhali itirib. Çinin bombardman, aclıq və kütləvi qətliamlarda ölən əhalisinin sayı faşistlərin ölüm düşərgələrində soyqırıma uğrayan yəhudilərin sayından çox olub.

Müharibədə həmin dövrdə müstəqil müsəlman dövləti olan İraq 1000 əsgər itirib.

Müharibənin sonunda SSRİ-nin əlində 3 486 206 hərbi əsir olub. 1956-cı ildə sonuncu əsir ölkəsinə yola salınıb. SSRİ-nin əsir düşərgələrində saxlanılan əsirlərin 518 520 nəfəri ölüb. 2 967 686 nəfər ölkəsinə qaytarılıb.
Müharibənin iştirakçı dövlətlərə vurduğu maddi zərər 4 trilyon dollar təşkil edib.

Müharibə dövründə SSRİ, ABŞ, Böyük Britaniya və Almaniyanın sənayesi 652 min təyyarə, 286 mindən çox tank, özüyeriyən artilleriya və zirehli avtomobil, 1 milyon top, 4,8 milyondan çox pulemyot (Almaniya daxil deyil), 53 milyon tüfəng, karabin, avtomat və başqa silahlar istehsal edib.

Almaniya II Dünya Müharibəsində Fransaya kapitulyasiya sənədini 22 iyun 1940-cı ildə Kompone stansiyasında, 1918-ci ildə I Dünya Müharibəsində Almaniyayanın kapitulyasiya sənədini imzalatdırıldığı vaqonda imzalatdırıb.
Müharibə illərində Parisə səfər edən Adolf Hitlerin Eyfel qülləsinə qalxmaması üçün fransızlar qüllənin liftini sıradan çıxarıblar. Hitler buna görə Eyfel qülləsinə qalxa bilməyib. Yalnız qarşısında məşhur fotosunu çəkdirib.

Kuril adaları problemi ilə əlaqədar II Dünya Müharibəsi başa çatandan bu günədək Yapnoya ilə SSRİ/Rusiya arasında sülh müqaviləsi imzalanmayıb.

SSRİ-də 1923-cü ildə doğulan kişi vətəndaşların 80%-i müharibədə həlak olub.

Yaponiya müharibə dövründə kamikadzelərdən geniş istifadə edib. Lakin statistik məlumatlara görə, kamikadzelərin 1/9-u hədəfləri vurmağı bacarıb.

Yapon təyyarəçisi Hiroyoşi Nişizava müharibə dövründə təkbaşına 80 təyyarə vurmaqla rekorda imza atıb. Pilot özü sonradan bir nəqliyyat təyyarəsində uçuş zamanı qəzaya düşərək həyatını itirib.

Müharibə dövründə SSRİ pilotları tərəfindən edilən taranlar nəticəsində 500-dən çox alman təyyarəsi məhv edilib. Təbii ki eyni sayda da sovet təyyarəsi məhv olub.

1939-1945-ci illərdə Antifaşist koalisiyası 3.4 milyon ton bomba atıb. Müharibə başa çatandan bu günədək hər gün Almaniyada təxminən 10-15 partlamamış bomba tapılır.

Almaniyanın II Dünya Müharibəsində rəsmən nota ilə müharibə elan elədiyi yeganə dövlət ABŞ olub.

Almanların müharibə dövründə məşhur U-120 dənizaltısı tualetinin sıradan çıxması nəticəsində batıb. Ümumilikdə məşhur U-boat sinif dənizaltılarda xidmət edən 40 min nəfərdən müharibənin sonunda 10 min nəfər sağ qalıb.

Müharibə dövründə ABŞ Quru Qoşunlarının istifadəsində yer alan gəmilərin sayı ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin sayından çox olub.

Müharibə illərində İngiltərə kraliçası II Yelizaveta İngilis ordusunda sürücü və təmirçi olaraq xidmət edib.
Müharibə illərində Hitler 136 generalını döyüşlərdə itirib.

“İldırımsürətli Barborossa” planının icraçılarından olan məşhur Alman feldmarşal Hans Quderian sürətli hücumu təmin etmək üçün tarixdə ilk dəfə piyadaların tankın üzərində daşınmasını təşkil edib. Alman Ordusunun təkərli və tırtırlı texnika ilə təchizatı o dövr üçün ən mükəmməl səviyyədə təşkil olunub.

Normandiya-Neman əməliyyatında əsir götürülən alman əsgərləri arasında koreyalılar da olub. Araşdırma zamanı məlum olub ki, koreyalılar öncə Yaponiya ordusu sıralarında SSRİ ilə müharibədə iştirak edib və Sovet ordusuna əsir düşüblər. Daha sonra Sovet Ordusu sıralarında almanlara qarşı döyüşlərə qatılıb, almanlara əsir düşüblər. Bundan sonra almanlarla birlikdə müharibəyə qatılan koreyalılar bu dəfə müttəfiqlərə əsir düşüblər.

Atom bombasını icad edən fizik Nils Bor Danimarkadan İngiltərəyə bombardmançı təyyarənin bomba yüklənən bölməsində qaçırılıb. O, qaçırılarkən özü ilə aparmaq üçün pivə şüşəsinə doldurduğu ağır su yerinə səhvən gerçək pivəni götürüb.

Alman təyyarələrinin Leninqrada atdığı ilk bomba zooparka düşüb və ilk itki zooparkda saxlanan fil olub.
1944-cü ilin ortalarında Vermaxt ordusunda əsgərlərin 35%-i bir dəfə, 11%-i iki, 6%-i üç, 2%-i isə dörd, 2%-i isə dörd dəfədən artıq yaralanmışdı.

II Dünya Müharibəsinin ən populyar snayperi tətbiq etdiyi taktikləri ilə Fin Ordusunun döyüşçüsü Simo Hayha olub. Sovet Ordusunun snayperi starşina Mixail Surkov isə müharibə müddətində düşmənin 702 əsgər və zabitini məhv edib.

Afrika qitəsində 1942-1943-cü illərdə baş verən müharibələrdə müttəfiq qoşunların itkilərinin 20%-ə qədəri istilərdən olub.

Qazala döyüşündən sonra geri çəkilən ingilis birliklərini təqdib edən general Rommelin 33-cü kəşfiyyat taboru 26-27 iyun 1942-ci ildə 24 saat ərzində düşmənin müqavimətinə baxmayaraq 158.7 km yol qət edərək dünya rekordu əldə edib.

II Dünya Müharibəsi sırasında -1938-1940-ci illərdə Vermaxt ordusuna çağırılan alman əsgərlərin hamısı xüsusi dərmanlar vasitəsi ilə xədim edilibmiş. Burada məqsəd işğal edilən ərazilərdə əsgərlərin “fikrinin dağılmamasına” imkan verilməsi olub. SSRİ-yə hücum zamanı da almanların keçdikləri ərazidə zorlama hadisələrinin az olması da bununla bağlı olub.

Yapon Kvantun ordusunun generalları işğal etdikləri ərazilərdə insanlıq tarixində ən ağır eksprementləri ediblər. Bunların sırasında yerli əhalinin azyaşlı təbəqəsinin kəsilib əsgərlərə yedizdirilməsi, döyüşən əsgərlərin depressiyadan çıxarılması üçün işğal edilmiş ərazilərdə gənc qızların kütləvi şəkildə əsgərlərə cinsi xidmət üçün düşərglərə toplanması və s. olub. Bundan başqa, yaponlar Çin ərazisində bakterioloji silahlardan istifadı ediblər.

“Focus” jurnalında dərc olunmuş araşdırmaya görə, Almaniya işğal olunduğu zaman Sovet və müttəfiq əsgərləri tərəfindən 869 mindən çox alman qadına təcavüz edilib.

II Dünya Müharibəsinin 1941-1945-ci illəri əhatə edən əsas mərhələsində SSRİ 96500 ədəd, Almaniya isə 32200 ədəd tank və özüyeriyən artilleriya qurğusu, SSRİ 317500 ədədə, Almaniya 280800 ədəd minaatan və top, həmçinin SSRİ-i 88300, Almaniya isə 56800 ədəd döyüş təyyarəsi itirib.

Müharibənin son illərinə yaxın alman hərbi sənayesi dünyada ilk dəfə “hava-hava” sinif raketlərin, pilotsuz uçuş aparatlarının, habelə dövr üçün böyük güc balistik raketlərin nümunələrini hazırlasa da onları müharibədə tətbiq edə bilməyib.

II Dünya Müharibəsi dövründə Vermaxt, SS və Gestaponun əsas təchizatçısı olan bəzi şirkətlər bu gün dünya miqyasında öz fəaliyyətlərini davam etdirirlər. Vermaxt və Waffen SS uniformalarını bu gün dünyanın tanınmış brendi olan Hugo Boss tərəfindən dizayn və istehsal olunub. Qeyd edək ki, Hugo Boss nasist partiyasının Hugo Boss 508889-cu üzvü olub. İkinci Dünya Müharibəsi dövründə Hugo Bossun müəssisəsində 40-ı fransız hərbi əsir olmaqla 140 məcburi işçi çalışdırılıb. Müharibədən qazanan digər alman şirkəti isə BMW olub. Alman ordusunun və SS-in məşhur motosikletlərini BMW istehsal edib. Amerika və antifaşist koalisiyasınan aldığı çoxsaylı sifarişlər “Boenig” şirkətinin də yüksəlişinə təkan verib.

Müharibənin sonunda SSRİ Alman hərbi sənayesinə aid yaradılma mərhələsində olan 200-dən çox, ABŞ və Böyük Britaniya isə 150-yə qədər layihəni ələ keçirərək, onların bir qismini sonrakı illərdə reallaşdırıb.
II Dünya Müharibəsinin sonunda, müharibə canilərinə qarşı qurulan Nrünberq Tribunalının qərarı ilə Faşist Almaniyasında hökumətdə və orduda mühüm vəzifələrdə çalışmış 12 nəfər edam edilib, 3 nəfər ömürlük həbs, 2 nəfər 20 il, 1 nəfər 15 il, bir nəfər isə 10 il həbs cəzasına məhkum edilib.