Özbəkistan millisi ilk dəfə dünya çempionatına vəsiqə qazandı

media-hightechnic-468x90

Futbol üzrə Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.

Yenicag.az xəbər verir ki, yığma buna DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin IX turunda səfərdə Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qolsuz heç-heçə edərək nail olub.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran kollektiv sona 1 tur qalmış turnir cədvəlində 2-ci yeri təmin edərək, mundialın final mərhələsində iştirak hüququ əldə edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 9-dan iyulun 19-dək ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05