İki deputata yeni vəzifə verildi

media-hightechnic-468x90

amea esas fvbn23Azərbaycan Milli Elmlər Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin ümumi yığıncağında bir sıra təyinatlar baş tutub. Təyinatlar əsasən, bölmələrin büro üzvləri, akademik-katiblərinin müavinləri postlarında həyata keçirilib

media-banner_tkm

Səsvermə yolu ilə Humanitar və İctimai Elmlər bölmələrinin büro üzvləri, akademik-katiblərinin müavinlərinin seçkisi keçirilib.

Səsverməyə əsasən, akademiklər Nailə Vəlixanlı, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri İlyas Babayev, Gövhər Baxşəliyeva,Yaqub Mahmudov, Şahbaz Muradov, Məsumə Məlikova İctimai Elmlər Bölməsinin büro üzvləri, AMEA-nın müxbir üzvü Şahin Mustafayev isə bölmənin akademik-katibinin müavini seçiliblər.

Həmçinin səsvermə nəticəsində akademiklər Tofiq Hacıyev, Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Muxtar İmanov, Əliyar Səfərli, Ərtegin Salamzadə, Möhsün Nağısoylu Humanitar Elmlər Bölməsinin büro üzvləri, AMEA-nın müxbir üzvü Muxtar İmanov isə bölmənin akademik-katibinin müavini seçiliblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05