İki “Fənərbaxça”lının bir gözəli – FOTOLAR

4 il “Fənərbaxça”da çıxış etmiş Öndər Turacının keçmiş arvadı Ayşe Akın yeni münasibət ərəfəsindədir.

Yeniçağ.Az xəbər verir ki, o, bu dəfə “Fənərbaxça”nın başqa bir futbolçusuna göz dikib.
Cazibədar xanım Alper Potukla bir yerdə əylənərkən görüntülənib. Əyləncə səhər saatlarına qədər davam edib. Türkiyə mətbuatı tərəflərin sevgili olduğunu yazıb.

Maraqlıdır ki, Alper gecə əyləncəsinə tək qatılmayıb. Onun komanda yoldaşı Salih Uçan da 5 gözəl qızla birlikdə əylənərkən kameralara tuş gəlib.

Qeyd edək ki, Ayşe Akın Öndər Turacı ilə 2011-ci ildə evlənmişdi. Ancaq cütlüyün izdivacının ömrü uzun olmayıb.

Yeniçağ.az

COP29