İki müğənni arasında QARŞIDURMA: “Səndən ötrü kuklayam?”
“Gedirsən, dünəndən get. Nəsibə Zeynalovanın bir sözü var: “Srağagün ölsəydi, bu gün üçü idi”. Mənim sayəmdə onun üzünə qapılar açıldı, duetlərimiz sayəsində dövlət tədbirlərinə qatıldı”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Bəturə Hüseynova “Günə uğurla” verilişində deyib.
O, küsülü olduğu keçmiş duet ortağı Sahib İbrahimovla bağlı sərt fikirlər səsləndirib və onu heç vaxt bağışlamayacağını elan edib:
“Qardaş, mən səni bağışlamıram! Mənimlə beş duet oxuyub, sonradan gizlin-gizlin başqası ilə əməkdaşlıq etməyini qəbul etmirəm. Bunu heç kim qəbul etməz. Ən azı mənə xəbərdarlıq etməli, sonra başqası ilə duet oxumalıydın. Mən səndən ötrü kuklayam? Niyə mənim əməyimi yerə vurdun? Kimsən sən, mənim niyə vaxtımı alırsan? Gedirsən və heç xəbər də vermirsən. Mənim incdiyim məqam budur.
Ya mən dərdimi izah edə bilmirəm, ya da siz məni başa düşmürsünüz. Ortağın ortaqlığı pozub gizlicə başqası ilə duet oxuyursa, bu, doğrudurmu? Mən həmin adamı bağışlamıram. Sənə efir qapılarını açan Bəturəni unutdun, səhnədə məni tək buraxdın. Bunu əsla bağışlamaram. O gedəndə belə heç nə demədim. Gedirsən, dünəndən get! Nəsibə Zeynalovanın bir sözü var: “Srağagün ölsəydi, bu gün üçü idi”. Mənim sayəmdə onun üzünə qapılar açıldı, mənim duetimlə dövlət tədbirlərinə getdi”.
Nehru












