İki qardaş suda boğulub öldü

media-hightechnic-468x90

şşşşşşşşşşşşşşşpFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1991-ci il təvəllüdlü İlqar və 1993-cü il təvəllüdlü Şadnan Zakir oğlu Əsgərovlar Lənkəran çayının Lənkəran şəhəri, Vələdi kəndi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 8 km aralıda nəzarət olunmayan ərazidə) balıq tutarkən batıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün səhər radələrində İ. Əsgərovun və Ş. Əsgərovun cəsədləri batdığı yerdən, təxminən, 6 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa