Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İki rayonda reyd: Karantin qaydalarını pozanlar cərimələndi - FOTO

Mingəçevirdə polis əməkdaşları ictimai nəqliyyatda və qapalı məkanlarda yoxlamalar keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, yoxlamalar zamanı xüsusi formada olan əməkdaşlarla yanaşı, mülki geyimli polislər də iştirak edir.

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, böyük mağazalarda, eləcə də digər qapalı məkanlarda karantin rejimindən irəli gələn tələblərə riayət etməyənlər aşkarlanır.

Özləri ilə bərabər digər hərəkət iştirakçılarının da sağlamlığına məsuliyyətsiz yanaşan həmin şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində aparılan yoxlamalar zamanı tibbi maskadan istifadə etməyən, eləcə də pandemiya dövrünün tələblərinə riayət etməyən şəxslər aşkarlanıb.

Onların barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

www.yenicag.az

176
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100